Description:
Monoqrafiyada dünya ölkələrinin müasir siyasi sistemləri, idarəçilik rejimləri, hakimiyyət orqanlarının əsas funksiyaları və fəaliyyət prinsipləri, ictimai-siyasi institutları və s. haqqında ümumi məlumat verilir, qədim dövrlərdən başlayaraq günümüzə qədər dünyada dövlət idarəçilik sistemlərinin formalaşması və inkişafı, dövlətlərin siyasi quruluşu, idarəçilik rejimlərinin xüsusiyyətləri və s. məsələlər müqayisəli təhlil edilir. Kitabda, həmçinin Azərbaycanın müasir
siyasi idarəçilik sisteminin formalaşması, inkişafı və xarakteristikası, dövlət quruluşunun prinsipləri, ölkənin mövcud ictimai-siyasi institutları və onların fəaliyyəti təhlil olunur.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitabdan ali məktəblərin politologiya, beynəlxalq münasibətlər və beynəlxalq hüquq ixtisasları üzrə təhsil alan tələbələr, doktorantlar və digər müvafiq ixtisas sahibləri dərs vəsaiti kimi də istifadə edə bilərlər.