Description:
Bayatı Azərbaycan şifahi xalq poeziyasının ən geniş yayılmış janrlarından biridir. Xalq ədəbiyyatının tükənməz xəzinəsi olub, hər birində dərin fikir və duyğu ifadə edilən, bədii-estetik və fəlsəfi-hissi zənginliyinə görə seçilən bu nümunələr məzmunca da müxtəlifdir. Əsaəsn fərdi-intim duyğuların, lirik xarakterli əhval-ruhiyyənin öz əksini tapdığı həmin sadə və oynaq vəznli, yığcam poetik forma nümunələrindən hər biri ayrılıqda bitgin əsərdir.
Bayatılar Azərbaycan şifahi xalq ədəbiyyatından yazılı ədəbiyyata da keçmişdir. Obrazlarının yeniliyi, qeyri- adiliyi ilə səciyyələnən, hikmət yükü ağır, məna və mətləbcə zəngin olan həmin nadir sənət inciləri həm də musiqi ilə əlaqədardır.
Oxuculara dəyərli töhfə olan bu kitaba bayatı janrının uzaq keşmişimizdən bəri yaradılan nümunələri daxil edilmişdir.