dc.description |
Azərbaycan xalq dastanları içərisində elələri var ki, qəhrəmanlıqla məhəbbətin birləşdirilməsi, uzlaşdırılması yolu ilə yaradılmışdır. Təqdim olunan cildə daxil edilmiş, xalq içərisində sevilib geniş yayılan “Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Seydi və Pəri”, “Məhəmməd və Güləndəm”, “Leyli və Məcnun” və s. dastanlar bu qəbildəndir.
Qədim ənənəyə uyğun olaraq həkimanə sözlərlə - ustadnamələrlə başlayıb duvaqqapmalarla bitən bu dastanların qəhrəmanları sevməyi bacardıqları kimi qılınc, qalxanla vuruşmağı da bacarırlar. Bununla belə hər nə qədər igid, qəhrəman olsalar da onlar əsasən öz sevgiləri - butaları uğrunda çarpışırlar. Ona görə də həmin dastanlar bir növ qəhrəmanlıq dastanları ilə məhəbbət dastanlarının hüdudunda dayanır, onların birindən digərinə keçid mərhələsi təsiri bağışlayır. |
en_US |