Description:
Bu cilddə Vətən tarixinin mürəkkəb və ziddiyyətli dövrlərindən biri olan 20-30-cu illərin uğurlu və məşəqqətli tarixi hadisələri nəzərdən keçirilir. Sovet hakimiyyətinin qurulması, "milli" dövlət quruculuğu, sənayeləşdirmə və kollektivləşdirmə, mədəni həyat, idarəetmənin zorakılıq, görünməmiş cəza tədbirləri ilə müşayiət olunan inzibati-amirlik sistemi, eləcə də yeni cəmiyyət qurmağın bütün ağırlıqlarını çiyinlərində daşıyan milyonlarla zəhmətkeşin gərgin əmək fəaliyyəti indiyədək öyrənilməmiş arxiv sənədləri və dövri mətbuat materialları əsasında tam və hərtərəfli şərh olunur.