Description:
“Azərbaycan tarixi”nin oçerkləri Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Lənkəran Dövlət Universiteti və Bakı Qızlar Universitetində 1974-2012-ci illərdə oxunmuş mühazirələrin icmalları əsasında yazılmışdır. Kitabda Azərbaycan tarixinin ən qədim zamanlardan müasir dövrədək zəngin tarixinin qızıl səhifələri öz əksini tapmışdır.
Metodoloji əsasını azərbaycançılıq ideologiyası təşkil edən kitab geniş oxucu kütlələri üçün nəzərdə tutulur. Kitab həmçinin müstəqil Azərbaycan Respublikası ali məktəblərinin tələbələri üçün əlavə dərs vəsaiti kimi tövsiyə oluna bilər.