Description:
Tərtib olunmuş müvafiq proqram “İngilis və Azərbaycan dillərinin kontrastiv leksikologiyası” nəzəri kursu ali təhsilin magistr pilləsində təhsil alan II kurs (III semestr) tələbələri üçün nəzərdə tutulur. Həmin kursda tələbələr müasir ingilis və Azərbaycan dillərinin kontrastiv leksikologiyasının əsas mövzuları – söz yaradıcılığı (məhsuldar, qeyri-məhsuldar), sözlərin leksik mənası, çoxmənalılıq, leksik-semantik variantlar, semantik quruluşun ünsürləri, məna dəyişikliyi, onların semantik qruplaşması, habelə semasiologiyada tətbiq olunan dilçiliyin təhlil metodları haqqında hərtərəfli nəzəri məlumat əldə etmiş olurlar.