dc.description |
Dil bir-birinə vəhdət təşkil edən iyerarxik quruluşa malik olan müxtəlif vahidlərin toplusundan ibarətdir. Dil sisteminə daxil olan belə vahidlərdən biri də uzun zamandan bəri dildə sabitləşmiş, xalqın dünyagörüşünü və milli koloritini əks etdirən frazeologizmlərdir. Dilin leksik tərkibində, dil sistemində frazeoloji vahidlərin, ifadələrin işlənməsi hər zaman aktual məsələlərdən biri olmuşdur. Dildə frazeoloji birləşmələrin bu qədər aktual olmasının əsas səbəbi gündəlik həyat şəraitində frazeoloji birləşmələrin geniş şəkildə istifadə olunmasıdır. Frazeoloji birləşmələr demək olar ki, həyatın bütün sferalarını əhatə etməkdədir. Onun məna növlərindən biri də dini məzmunlu frazeoloji vahidlərdir. |
en_US |