dc.description |
Metodiki ədəbiyyatların təhlili göstərir ki, artıq ənənəvi (birtərəfli) tədrisdən kommunikativ-interaktiv tədris metodologiyasına maraq artmışdır. Məlumdur ki, ənənəvi iş üsulları vasitəsilə müəllim öz işini izah etmək, tapşırıq vermək və yoxlama aparmaq üzərində qurur, şagird-müəllim ünsiyyəti birbaşa deyil, dolayı şəkildə həyata keçirilir. İnteraktiv (fəal) təlim metodlarından istifadə zamanı isə müəllim bilavasitə şagirdlə ünsiyyət yaradır, şagird isə əsas funksional fiqura çevrrilərək bacarıqlarını ifadə etmək imkanı qazanır. |
en_US |