Description:
Linqvokoqnitologiyanın əsas anlayışlarından olan "konsept" və onunla bağlı bir çox məsələlər müasir linqvistik tədqiqatların əsas predmetidir. "Konsept" milli-mədəni düşüncənin linqvistik vahidlərlə formalaşmış mental strukturudur. Dil və mədəniyyətin qarşılıqlı əlaqəsini əks etdirən linqvokulturologiya milli mədəniyyətin dildə təzahürü kimi qiymətləndirilə bilər. Dil təkcə mədəniyyət parçaları olan konseptləri qorumur, eyni zamanda milli mentalitetin daşıyıcısı və mədəniyyət konseptləri linqvistik tədqiqatlarda mühüm əhəmiyyət kəsb edir.