Description:
Amerika ədəbiyyatına məxsus olan yəhudi yazar öz unikal yaradıcılığı ilə dünya ədəbiyyatında özünəməxsus yerə malikdir. Bellou tam olaraq ekzistensialist adlandırılmasa da, ekzistensial elementlərin mahir istifadəçilərindən biri hesab olunur. Bellou yaradıcılığının dərin qatları araşdırıldıqca yeni informasiyalar, bədii tryuklar ilə oxucu və tədqiqatçıların diqqəti mərkəzindədir. İnsanın əsl mahiyyəti, yaşamağın mənalı və ya mənasız olması, o cümlədən yəhudi xalqına mənsub olan adət və ənənələrin Amerikanın müasir insanın fonundsa işlənməsi Bellou əsərlərinin əsa xüsusiyyətləridir. Məhz bu səbəbdən Bellou yaradıcılığının ekzistensial tərəflərinin araşdırılması aktuallıq təşkil edir.