Description:
Hazırda dünyada xüsusi rola malim olan və əsas ünsiyyət vasitəsinə çevrilən ingilis dilinin yüksək səviyyədə mənimsənilməsi təhsil müəssisələri qarşısında qoyulan əsas tələblərdən hesab olunur. İngilis dili vasitəsilə qabaqcıl texnologiyalardan istifadə etməklə dil fakültələri tələbələri özlərinin peşə sahələri ilə bağlı olan dünya təcrübəsindən bəhrələnmək və ondan səmərəli şəkildə istifadə etmək qabiliyyətinə yiyələnməli, müvafiq biliklərə malik olmalıdırlar. Tədqiqatın obyekti ali ixtisas məktəblərinin aşağı kurslarında qrammatik vərdişlərin aşılanması prosesidir.