Description:
Kitab müəlliflərin Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və Beynəlxalq Hüquq fakültəsində oxuduqları mühazirələr əsasında tərtib edilmişdir. Kitab ABŞ və Qərbi Avropa müəlliflərinin əsərlərinin təhlili əsasında Azərbaycanda hazırlanmış ilk dərslikdir.
Dərslik üç bölmədən ibarətdir. Birinci bölmədə fənnin predmeti, tarixi, tədqiqat metodları və funksiyaları, onun başqa ictimai elmlərlə münasibəti tədqiq olunur. İkinci bölmədə idealizm, realizm, neoliberalizm, neorealizm, rasionalizm, marksizm, neomarksizm kimi beynəlxalq münasibətlərin əsas nəzəriyyələri və nəzəri yanaşmaları təhlil olunur. Bu bölmədə xüsusi fikir BMN-də indiyədək davam edən böyük debatların təhlilinə verilir.
Dərslik beynəlxalq münasibətlər, beynəlxalq hüquq, politologiya, tarix ixtisasları üzrə təhsil alan tələbələr, magistrlar, aspirantlar, həmçinin müəllimlər və beynəlxalq münasibətlərin nəzəri problemləri ilə maraqlananlar üçün nəzərdə tutulmuшdur.