Description:
Standartlaşdırılmış və unifikasiya olunmuş terminologiya elmi-texniki tərəqqinin əsas göstəricilərindən sayıla bilər. Hər bir elmin inkişafı onun terminoloji sistemininformalaşmasından asılıdır. Terminologiyanın təkmilləşdirilməsi prosesində hər bir sahənin anlayışlar sistemi nəzərdən keçirilir, təsnifatı verilir və həmin anlayışlar müəyyən əlamətlər əsasında qruplaşdırılır. Bütün bunlar müasir dövrdə terminologiyaya aid tədqiqatların xüsusi əhəmiyyət kəsb etdiyini göstərir.