Description:
Dilçilik dil, onun təbiəti, funksiyası, daxili strukturu və fəaliyyət göstərməsinin qanunauyğunluqları haqqında elmdir. Dilin əsasını onun qrammatik quruluşu təşkil edir ki, burada leksik-qrammatik söz sinifləri çox mühüm rol oynayır. İngilis dilində nitq hissələrinin, yəni leksik-qrammatik söz siniflərinin təsnifatı qarşıya çıxan bir sıra suallara görə dilçilər arasında uzun müddət müzakirə obyekti olmuş və bu vəziyyət dilin müasir inkişaf dövründə də davam etməkdədir. Bu suallara nitq hissələrinin təsnifatında əsas götürülən meyarlar, nitq hissələrinin sayı və s. daxildir. İngilis dilində nitq hissələri ilə bağlı qarşıya çıxan mühüm məsələlərdən biri də Rus dilçiləri tərəfindən nitq hissələri sisteminə müstəqil nitq hissəsi kimi daxil edilən hal-vəziyyət kateqoriyası sözləridir