Description:
Dilçilik elmində frazeologiya müxtəlif istiqamətlərdə işlənmiş önəmli sahələrdəndir. Bu sahə ilə əlaqədar müxtəlif tədqiqat işləri, dissertasiyalar, elmi əsərlər yazılmış, frazeologiyanın tədqiqat obyekti olan frazeoloji birləşmələrin strukturu, semantikası haqqında müxtəlif fikirlər irəli sürülmüşdür. Lakin buna baxmayaraq, frazeologiya ilə bağlı mübahisəli məsələlər hələ də qalmaqdadır.