Description:
Dilçiliyin üslubiyyat, sintaksis və praqmatika kimi istiqamətlərinin birləşməsi bu elmin ən vacib sahələrindən biri olan mətn nəzəriyyəsinin yaranmasına gətirib çıxardı. “Sistemlərin sistemi” kimi dil insan fəaliyyətinin bütün sferalarında kommunikasiyaya imkan verən alt-sistemlərdən ibarətdir. Kommunikasiyanın əsas forması kimi mətnlər eyni zamanda ən əsası funksional oriyentasiya olmaqla bir sıra xüsusiyyətlərlə xarakterizə olunan bir növ sistemli forma kimi çıxış edir.