Description:
Dədə Qorquddan gəlib Qurbanidən, Aşıq Abbasdan, Sarı Aşıqdan, Aşıq Ələsgərdən keçən yolun boyük bir zirvəsi xalq şairi Səməd Vurğundur. O, elə xoşbəxt nətkarlardandır ki, ömrü yaratdığı şeir, həyatı danışdığı dil qədər yaşarıdır.
Səməd Vurğun Vətənin və poeziyanın yaddaşında təkrarsız poetik şəxsiyyət, milli və beynəlmiləl ictimai xadim, elm və sənət təşkilatçısı, qeyri-adi şair, dramaturq, mütərcim və mütəfəkkir kimi yaşayır. Xalq ədəbiyyatı ilə yazılı ədəbiyyatnı bizə yaxın ən böyük körpüsü sayılan ölməz sənatkar əsasən heca vəznində yazdığı şeirləri və dram əsərləri ilə dilimizin bütün zənginliyindən və şirinliyindən bəhrələnərək dillər əzbəri olan poeziya örnəkləri yaratmışdır. "Azərbaycan"ı yurdumuzun poetik tərənnümünə çevrilən ustad sənətkarın xalq şeri səpkisində yazdığı qoşmaları, əruz vəznində lirik qəzəlləri, ictimai-siyasi və fəlsəfi mövzulu bir çox şeirləri ədəbiyyatımızın qızıl fonduna daxil olmuşdur.
Səməd Vurğunun "Seçilmiş əsərləri"nin bu cildində qüdrətli şairin 1924-1937-ci illərdə yazdığı şeirlər toplanmışdır.