Description:
Fransız dilində tərkib hissəsi toponimlərin bütün növlərindən (hidronimlər, oronimlər, oykonimlər, astionimlər və s.) ibarət olan frazeoloji birləşmələrə rast gəlmək olar. Coğrafi adlar bəşəriyyətin mənəvi mədəniyyətinin ən qiymətli abidələridir. Adların informasiya potensialı böyük və müxtəlifdir. Hər bir ad, müxtəlif tarixi coğrafi və dil problemlərini həll etmək üçün coğrafi adların cəlb edilməsinin effektivliyini şərtləndirən adı çəkilən obyektin hər hansı bir xüsusiyyətini əks etdirir.