Description:
Bütövlükdə səhnə hərəkəti kimi, səhnə nitqi də həyatın sadəcə təkrarı və ya təqlidi deyildir, həyatın dərindən təhlil və konsentrasiyasıdır. Səhnə nitqinin tipoloji xüsusiyyətləri onun tarixi və milli ənənələri ilə səsləşir. Bu nitq xalqın bütövlükdə mədəniyyəti, dili, bədii ədəbiyyatın bütün rəngarəng janrlarının ümumi vəziyyəti ilə sıx bağlıdır. Səhnə nitqi həyatdakı nitqdən daha dərin mənalı, daha ifadəli, daha tipikləşdirilmiş olur.