Description:
Bildiyimiz kimi, mədəniyyət dəyişən, təkmilləşən tarixi kateqoriyadır. Buna görə mədəniyyət də başqa ictimai hadisələr kimi inkişaf edir, şaxələnir, yeni-yeni keyfiyyətlər qazanır. Mədəniyyətin inkişafı üçün insan fəaliyyəti əsas vasitədir. Dilçilik sahəsində mədəniyyət və dil arasında əlaqələr əsasən XX əsrdən başlayaraq tədqiq edilməyə başlanılıb.