Description:
Geniş iqtisadi, texnoloji, siyasi, mədəni və elmi meylləri özündə ehtivaedən qloballaşma ali təhsilə birbaşa təsir edir. Ali təhsil müəssisələri bu meyllərdən müxtəlif yollarla kənara çıxa bilərlər, lakin onun rolunu dana bilməzlər. Hazırdaingilis dili tədris və elmi-tədqiqat dili kimi hegemonluq edir. Tarixən tələbələr xaricdə təhsilalmış, alimlər isə doğma ölkəsindən kənarda mühazirələr oxumuşlar. Lakin müasir informasiyakommunikasiya texnologiyaları yeniliklərin və təcrübələrin daha çevik yayılmasına imkanverdiyinə görə XXI əsr qloballaşması dünya miqyaslı hesab olunur.