Description:
Cəmiyyətimiz müasirləşdiyi kimi, dilin lüğət tərkibi də müasirləşir, yeni söz və ifadələr əlavə olunur. İngilis dili dəyişiklik və inkişafa ən çox məruz qalan dillərdən biridir. İngilis dilinin qrammatikası, fonetikası və dilin lüğət tərkibində baş verən dəyişikliklər aşağıdakılardır: fonetik reduksiya, bir dilin dialektinin digər dilin dialektinə təsiri, məhsuldar söz yaradıcılığı, müxtəlif dil üslublarının qarşılıqlı təsiri. Müasir ingilis dilinin lüğət tərkibinin dəyişməsinə təsir edən amillərdən biri kimi internet və digər informasiya texnologiyalarıdır.