dc.description |
İngilis dilində sosial amillərlə bağlı olan slənqlərin tədqiqi XX əsrin sonları və XXI əsrin əvvəllərində daha geniş miqyas almışdır. İlk zamanlar slənqi ünsiyyət üçün normal olmayan vulqar danışıq dili elementləri kimi qəbul edən Qərb dilçiləri, sonralar onun üslubi-emosionl dəyərini qiymətləndirərək, onun tədqiqinə geniş yer ayırdılar. Jarqon, arqo, vulqarizmlərdən fərqli olaraq, slənqlərdən hər hansı yaş və peşəkarlıq əlamətinə görə müəyyən qruplarda birləşən savadlı şəxslər də öz nitqlərində istifadə edirlər və
onların istifadəsində məhduduiyyət qoyulmur, terminizasiya prosesində iştirak edir, istifadə
olunmasında məqsəd gizlilik, məxfilik yaratmaqdan çox, uzunçuluğun qarşısını almaqdır. ABŞ və Böyük Britaniyada film çəkilişləri zamanı rejissor, operator, film aktyorlarının
işlətdikləri maraqlı slənqlər var. Ədəbi dildə işlənən bu söz və ifadələr slənq kimi şləndikdə tamam fərqli mənada işlənir və bu slənqlərlə tanış olmayan insan üçün onları anlamaq çox çətin olur. |
en_US |