dc.description |
Müasir Britaniya ədəbiyyatının ən görkəmli qadın nümayəndələrindən olan iki bacı - Antoniya Syuzan Bayett və Marqarett Drebbl bir çox tədqiqatçılar və ədəbiyyat tənqidçiləri tərəfindən müasir milli ədəbiyyatın "yeni dövr Bronte bacıları sayılırlar: "The sisters Drabble and Byatt are the modern equivalent of the Brontes". Eyni ailədə, eyni sosial mühitdə və sözsüz ki, eyni milli dil kimliyi çərçivəsində formalaşmış olan iki fərqli təbiətli, fərqli psixotip və temperamentli yazar bacının əsərlərində bir çox ortaq mövzular və həmin ortaq mövzuların leksik-semantik reprezentasiyasında rol oynayan yaxın konsept işlənmələri olduğu kimi, kifayət qədər də fərqli dil mənzərəsi reallaşmaları da yer alır. |
en_US |