dc.description |
Məqalədə kreativlik və onun inkişaf etdirilməsi ilə bağlı geniş elmi araşdırmalar barədə məlumat verilmiş, prosesə təsir göstərən amillər açıqlanmış, kreativ təfəkkürün formalaşmasına zəmin yaradan pedaqoji mühit və şəraitin spesifik xüsusiyyətləri barədə təhlillər öz əksini tapmışdır. Həmçinin müasir təlimin ayrılmaz tərkib hissəsi olan taksonomiyaların təsnifatı təqdim edilmiş, B.Blumun «Təlim məqsədlərinin taksonomiyası» və onun yeni versiyası ilə digərləri arasında müqayisələr aparılmış, hər bir səviyyədə kreativliyin inkişafının mümkünlüyü diqqətə çatdırılmışdır. |
en_US |