dc.description |
Məqalədə tənqidi təfəkkür, onun mahiyyəti, əhəmiyyəti, kreativ təfəkkürün formalaşdırılmasındakı roluna dair ətraflı məlumat verilmiş, geniş təhlillər aparılmışdır. Həmçinin tənqidi təfəkkürlə kreativlik arasındakı əlaqələr araşdırılmış, müxtəlif tədqiqatçıların bu istiqamətdəki yanaşmaları nəzərdən keçirilmiş, təlim prosesində tənqidi təfəkkürün inkişafına zəmin yaradan metodlar sadalamış, hər biri ayrı-ayrılıqda analiz edilmişdir. Məqalədə təfəkkürün inkişafı metodlarının üstün və zəif cəhətlərinə dair müqayisəli məlumatlar təqdim olunmuşdur. Təfəkkürün inkişafının ilk növbədə müəllimdən, onun hazırlığından, yararlandığı metodlardan və pedaqoji bacarıqlarından düz mütənasib asılılığı xüsusi vurğulanmışdır. |
en_US |