Description:
Məqalədə görkəmli Azərbaycan yazıçısı Əzizə Cəfərzadənin dil kimliyindən və onun “Bakı 1501” romanının gender asimmetriyası faktlarından bəhs edilir. Əzizə Cəfərzadənin adı çəkilən romanında gender bərabərliyinə zidd olan bəzi ifadələrə rast gəlirik. İfadələr Azərbaycan mentalitetinin “standart” ifadələrinə aiddir. Bu, yazıçının fərdi dil kimliyi kontekstində milli dil kimliyindən qaça bilməyəcəyini göstərir.