Description:
Pedaqoji yönümlü ali məktəblərdə Tibbi biliklərin əsasları və ilkin tibbi yardım fənninin tədris edilməsi gələcək pedaqoqların səriştəli mütəxəssis kimi fəaliyət göstərməsi imkanlarınının genişlənməsinə müsbət təsir edir. Dərs vəsaiti həyat fəaliyyətinin təhlükəsizliyi, tibbi biliklərin əsasları və ilkin yardım bölmələrini özündə əks etdirir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22 avqust 2014-cü il tarixli 913 saylı əmri ilə təsdiq edlmiş müxtəlif kateqoriyalar üzrə müəllim hazırlığı ixtisaslarında dərman maddələri, onlardan istifadə qaydaları, zədələnmə zamanı ilkin tibbi yardım göstərilməsi, tənəffüs, nəbz, arterial təyziq, hərarətin ölçülməsi, xəstələrə qulluq qaydaları, insan anatomiyası, həyati göstərişlər zamanı - xüsusən qanaxmalar, sınıqlar, yanıqlar, donmalar, elektrik zədələnmələri, açıq və qapalı zədələnmələr, reanimasiya tədbirləri - ürəyin qapalı masajı, süni tənəffüs, istivurma, günvurma, kəskin zəhərlənmələr zamanı ilkin yardım tədbirləri geniş və ətraflı şəkildə öz əksini tapmışdır.
Dərs vəsaiti ali təhsil məktəblərinin bakalavr pilləsi üçün yeni tədris planında nəzərdə tutulmuş və təsdiq olunmuş yeni fənn üçün nəzərdə tutulmuşdur. Dərs vəsaiti hazırlanarkən proqramın ardıcıllığına riayət edilmişdir.