Description:
Bu fənnin tədrisi sosial institut kimi siyasətin məqsəd və vəzifələrinin tələbələrə
öyrədilməsini onun bir elm kimi meydana gəlməsi zərurətini onlara izah etməkdir. Siyasi
fikrin təşəkkülünün tarixi mərhələləri, insan və siyasət problemi, siyasi hakimiyyət, siyasi
sistem və onun strukturu, dövlət və siyasi partiyaların siyasi həyatda rolu, demokratiya
institutlarının vətəndaş cəmiyyətinin təşəkkülünə göstərdiyi təsir, şəxsiyyətin sosiallaşması
prosesi, bu prosesdə ideologiyaların rolu öz əksini tapır. Bundan əlavə, cəmiyyətdə siyasi
münaqişələrin həlli yolları, müasir sivilizasiya və qlobal problemlər məsələsi də kursun
tədrisində əsas yerlərdən birini tutur..