Description:
Feillərin leksik-semantik təsnifində nitq feilləri bəzən təfəkkür feilləri ilə eyni bir leksik-semantik qrupda cəmləşdirilir. Dil və təfəkkür arasındakı əlaqəni əsas götürüb nitq və təfəkkür feillərini eyni leksik-semantik qrupda ümumiləşdirmək olar. Nitq və təfəkkür arasında sıx baölılıq olsa da, burada iki ayrı-ayrı fəlsəfi-linqvistk kateqoriya mövcuddur. İstər nitq feilləri, istərsə də təfəkkür feilləri hər biri özünəməxsus leksik-semantik çalarlara malikdir. Beləki, nitq və təfəkkür feillərinin hər birinin öz kateqorial leksik seması var.