Description:
Mətnin anlaşılmasında fon biliyi əhəmiyyətli dərəcədə rol oynayır. Formal baxımdan mətnin mənası müəyyən linqvistik elementlərdə mövcud olur və adresat tərəfindən ekspilisit şəkildə ifadə olunan müxtəlif leksik, qrammatik və üslubi vasitələrin köməyilə başa düşülür. Mətn və diskurs bir-biri ilə sıx əlaqəlidir. Bəzi dilçilərə görə, diskursun hasil olması şəxs tərəfindən mətnin yaradılması prosesində baş verir. Belə bir fikir diskurs və mətn anlayışlarını fərqləndirməyi şərtləndirir.