Description:
Xarici dillərin tədrisi metodikası kommunikativ səriştəni formalaşdırmaq və əsaslı şəkildə təkmilləşdirmək üçün ən son informasiya kommunikasiya texnologiyalarının istifadə olunmasına üstünlük verir. İnternet texnologiyası ilə təchiz olunmuş dərslərin həm motivasiyaedici təsiri, həm də autentik materiallarla zənginliyi diskursiv bacarıqların linqvistik və ekstralinqvistik müstəvilərdə inkişaf etməsinə kömək edir. Eyni zamanda, şəbəkə daxilində həyata keçən ünsiyyət multikultural aspektləri də əks etdirir.