Description:
İngilis dilinin tədrisi zamanı ən son texnologiyalardan yararlanmaq, tələbələrin reseptiv və produktiv bacarıqlarını müasir kompüter texnologiyaları vasitəsi ilə inkişaf etdirmək və s. kommunikativ səriştənin bütün komponentlərinin formalaşdırılmasına xidmət edir. Məqalədə kompüter texnologiyalarının kommunikativ bacarıqlara linqvistik və ekstra-linqvistik baxımdan təsiri araşdırılır. Bundan başqa, araşdırmada reseptiv və produktiv bacarıqların İKT əsaslı linqvistik və dilxarici fonlarda necə inkişaf etdirilməsi göstərilir.