Description:
Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli oyanışı və dirçəlişi prosesinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. 1918-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsilə Azərbaycan dilinin funksional inkişafı sahəsində mühüm dəyişikliklər baş vermişdir. Azərbaycan dilinə dövlət dili statusu verilməsilə onun hüquqi bazası yaradılmış, dil sahəsində milliləşdirmə siyasəti həyata keçirilməyə başlamış və rus dilinin istifadəsi məhdudlaşdırılmışdır. Başqa sözlə, Azərbaycan dilinin dövlət dili kimi istifadəsi üçün geniş meydan açılmışdır.