Description:
İnandırıcı nitqin müxtəlif növləri xaotik axında birləşməsə də bir-birindən izolə edilmiş şəkildə mövcud deyil. Əksinə, inandırıcı nitq sistemini bir-biri ilə qarşılıqlı əlaqədə olan dörd altsistemin - ritorika, homiletika, didaktika və simvolikanın vəhdəti kimi təsəvvür etmək olar. Onlardan hər biri verbal təsir sahəsi istiqamətində öz vəzifəsini yerinə yetirir və öz əsas strategiyasına malikdir.