Description:
Məqalədə ingilis dilində ifadə planının əsas struktur vahidləri olan fonem, morfem, söz və hecadan bəhs olunur. Bu vahidlərin həm ifadə, yəni fonetik tərəfi, həm də məna tərəfi, yəni, onların özlərinə xas forma və məna tərəfləri araşdırılır. Fonem, söz, morfem və heca arasındakı münasibətlərin fərqli və oxşar cəhətləri müqayisəli şəkildə təhlil edilir.