Description:
Məlumdur ki, hər bir xalqın mental kimliyi, onun əxlaqi-etik kodeksləri, dəyər və proiritetləri həmin xalqın "daşlaşmış" bədii mətnlərində, yəni folklor nümunələrində öz dolğun əksini tapır. Folklor nümunələri mahiyyət etibarilə canlı danışıq dilinə ən yaxın formatda qələmə alındığından, bu mətnlərin linqvistik xüsusiyyətlərinin təhlili "müəllif" dilin spesifik özəlliklərinin, konsepsferasının, struktur-semantik planlı inkişaf dinamikasının və s. əlaqəli aspektlərinin sistemli tədqiqinə geniş imkanlar yaradır.