Description:
Azərbaycanın Qarabağ bölgəsi dünyanın ən qədim insan məskənlərindən biri 2 mln il yaşı olan Azıx düşərgəsi insanlarının yaşadığı ərazidir. Qarabağın dağlıq və düzən hissəsində aşkar edilmiş qədim daş abidələr - Xocalıdakı dolmenlər, Xankəndindəki kromlexlər, eləcə də Qarabağın müxtəlif yerlərindən aşkar edilmiş antik dövrə aid daş qutu qəbirlər həmin dövrün ideologiyasını - mənəvi düşüncə tərzini əks etdirən maddi mədəniyyət nişanələridir.