Description:
Aparılan tədqiqat işinin məqsədi müasir ingilis dilində söz yaradıcılığının əhəmiyyətini izah etmək, söz yaradıcılığının məhsuldar və qeyri-məhsuldar növlərini, habelə sözdüzəltmə üsulunun bir hissəsi olan abreviaturaları struktur və semantik baxımdan analiz etmək, abreviatura vahidlərini dil hadisəsi kimi müəyyən etmək, abreviatura terminini ingilisdilli materiallarda nəzərdən keçirmək, onların sözdüzəltmə prosesində əhəmiyyətini araşdırmaq, onların hansı zərurətdən yarandığını və əhəmiyyətini vurğulamaq, abreviaturaların formalaşması prosesinin xüsusiyyətlərini müəyyən etməkdir.