Description:
Məlumdur ki, xarici dil tədrisinin əsas istiqaməti tədrisin effektiv, səmərəli və məqsədyönlü şəkildə həyata keçirilməsidir. İngilis dilinin tədrisi zamanı yeni pedaqoji texnologiyalardan istifadə də məhz bu istiqamətə yönləndirilməlidir. Başqa sözlə, yeni pedaqoji texnologiyalardan istifadə o zaman səmərə verə bilər ki, dil tədrisinin effektivliyinə töhfə verməyə yönəlmiş olsun. Əks halda, dil tədrisinin müasir dövrün tələblərinə uyğunlaşdırılması tam şəkildə həyata keçirilə bilməz.