Description:
"Gözəllik" konsepti çox geniş və mücərəddir. O, estetikanın ən ümumi və universal kateqoriyalarından biri kimi, kamillik, obyektin aspektlərinin harmonik birləşməsini bildirir və estetik zövq verir. Bu konsept çox qədim zamanlarda formalaşmağa başlamış, mürəkkəb inkişaf yolu keçmiş və hazırda da qəlibləşmiş və yeni çalarlar qəbul etməyə hazırdır. "Gözəllik" konsepti dövrün, təbii və sosial mühitin əlamətlərini özündə daşıyır.