Description:
Tədqiqat işinin birinci fəsli "Ali məktəbdə təhsilin keyfiyyətini yüksəltməyin elmi-pedaqoji əsasları" adlanır. Bu fəsildə mövzu ilə bağlı elmi ədəbiyyat sistemli şəkildə təhlil edilir, təhsildə keyfiyyət anlayışının mahiyyəti ümumiləşdirilir. "Keyfiyyətin təminatında tələbələrin rolu" adlanan ikinci fəsildə təlimin keyfiyyətinə təsir edən tələbə amili, təlim fəaliyyətlərinin tənzimlənməsi və dərsdənkənar fəaliyyətlərin düzgün istiqamətləndirilməsindən bəhs edilir.