Description:
Alman əsilli Amerika yazıçısı Kurt Vonnequtun əsərində kəskin sosial problemlərə toxunulur ki, bunlardan biri də insan şəxsiyyəti, cəmiyyət və onun mənsub olduğu dövr arasındakı münaqişədir. Yazıçının dünyagörüşü onun əsərlərində təkcə obyektiv şəkildə mövcud olan aləmin şərhində deyil, həm də postmodernizmin əsas tərkib hissələrindən olan qara yumorla sıx bağlı olan müəllif üslubunun özəlliklərində də öz əksini tapmışdır.