Description:
İstər yazıda, istərsə də şifahi nitqdə idiomların istifadəsi geniş vüsət aldığından onların əmələgəlmə yolları, forması, semantik xüsusiyyətləri, ekspressiv-emosionallıq imkanları, bir sözlə ümumi cəhətlərini aşkar etmək kimi problemlər bir çox tədqiqatların çoxplanlı məqsədi olmuşdur. Lakin idiomatik ifadələr dilin frazeologiya sahəsinin tədqiqi çərçivəsində öyrənilmiş, onların linqvistik xüsusiyyətləri, işlənmə imkanları bu sahənin tədqiqat işlərində müəyyənləşdirilmişdir.