Description:
Dilçilikdə antroposentrik paradiqma insanın, onun fəaliyyətinin dilin öyrənilməsi prosesinə cəlb edilməsini zəruriləşdirmişdir. Koqnitivliyə görə, insan informasiyanı işləmə sistemi kimi öyrənilməlidir, insanın davranışı isə onun daxili vəziyyətinin terminləri ilə təsvir və izah olunmalıdır. Bu vəziyyətlər fiziki təzahür edir, müşahidə olunur və informasiyanın alınması, işlənilməsi, saxlanılması, sonra isə məsələlərin rasional həlli üçün cəlb edilməsi kimi şərh edilir.