Description:
Tədqiqatın əsasını müasir alman və Azərbaycan dillərində frazeoloji birləşmələrin inkar-təsdiq variativliyinin araşdırılması üçün bir sıra mühüm məsələlərin şərhi və həlli təşkil edir. Tədqiqat işində alman və Azərbaycan dillərində nəşr olunmuş bədii əsərlərdən, qəzet və jurnallardan seçilmiş 1546 neqativ və privativ frazeologizmlər həm struktur-semantik, həm də kommunikativ-praqmatik aspektdə təhlil olunmuş və onların inkar-təsdiq variativlik potensialı izah olunmuşdur.