Description:
Söz yardıcılığı dilçiliyin qədim tarixə malik bir sahəsi hesab olunur. Müxtəlifsistemli dillərdə
affikslər vasitəsi ilə əmələ gəlmiş leksik vahidlər həmin dillərin lüğət fondunu və lüğət tərkibinin zənginləşməsində vacib rol oynayırlar. Hər bir dildə xeyli miqdarda affikslər vardır ki, onlar həm həmin dillərin öz hesabına əmələ gəlmiş, həm də digər dillərdən götürülmə affikslərdir. Söz yaradıcılığında qrammatik bir funksiya kimi affıkslərin- xüsusi ilə prefikslərin əhəmiyyəti danılmazdır. Prefiksləşmə sözlərin əvvəlinə önşəkilçi artırılaraq, sözün mənasını dəyişən morfoloji prosesdir.