Description:
Gender identikliyi ilə bağlı son araşdırmalar, eləcə də siyasi korrektəlik doktrinin əsas sen-
zura yönləndiricisi kimi qəbul edilməsi, habelə, ümumi təhsil-məlumatlandırma səviyyəsində inkişaf, mədəni-siyasi əlaqələrin intensivləşməsi – bütün bu sadalanan amillərin gender probleminə daha obyektiv, daha tolerant baxışın formalaşmasına yol açmışdır. Hətta ənənəvi gender stereotipikləşmələri ilə seçilən coğrafi bölgələrdən sayılan Cənubi Qafqazda qeyd olunan proseslərin təsir izləri hiss olunmaqdadır ki, bunun ən bariz nümunəsi kimi, cəmiyyət dəyişimlərini ən operativ şəkildə inikas etdirən media diskursunu nümunə göstərə bilərik.