Description:
Məlum olduğu kimi, gender linqvistikasının üçüncü mərhələsi Robin Lakoff, Luiza Puş kimi
dilçilərin araşdırmaları ilə əlamətdardır. Bu mərhələdə “dilin feministik tənqidi” konsepsiyası XX əsrin əvvəllərində təsbit edilən androsentrizmin (dildə əksini tapan “kişi mərkəzçiliyin”) ifşası ideyalarının yeni keyfiyyət səviyyəsinə keçirdi. Xatırladaq ki, Ş.P. Gilman tərəfindən irəli sürülmüş androsentrizm istilahı [9] əksər insan dillərində gender asimmetrikliyinin əksini tapması ideyasına söykənir.