dc.description |
Qloballaşma şəraitində fərqli dillərdə yaranan və geniş ictimai-siyasi rezonansa (əks-sədaya)malik olan neologizmlərin tirajlaşması daha kütləvi hal ala bilir. Əgər nəzərə alsaq ki, müasir qloballaşan dünyanın aparıcı ünsiyyət vasitəsi ingilis dilidir və eləcə də onu da nəzərə alsaq ki, məhz, dilli toplumlar dünyanın güc mərkəzlərinin əksəriyyətini ehtiva etməkdədir, bu zaman dünya dillərində, məhz, ingilis alınmaları sayəsində gender məcazlaşmalarının kütləviləşməsinin səbəbi tam aydın olacaqdır. Müasir ingilisdilli qəzet diskursunda meydana gələn gender məcazlaşmaları tez bir zamanda geniş şəkildə tirajlaşdırılmaq tendensiyası nümayiş etdirir. Həmin ifadələrə ya orijinal yazılışda, ya da kalka variantında digər dillərdəki qəzet diskurslarında da geniş şəkildə təsadüf etmək olur. |
en_US |